Helikopter meydançası, gülləkeçirməz illüminatorlu 27 yataq otağı, qızıldan çəkilən kranlar, kiçik teatr, bir neçə hovuz və namaz qılmaq üçün otaq, eləcə də sualtı qayığa tərəf keçid — “Forbes” jurnalının versiyasına görə, bir vaxtlar dünyanın ən zəngin adamlarından biri sayılan İraqın keçmiş diktatoru Səddam Hüseynə məxsus onlarla yaxtadan biri belə olub. Bu sadalananlar onun sahib olduqlarının kiçik hissəsidir sadəcə.
İraqın keçmiş lideri dəniz gəzintisindən başqa hədsiz bağ həvəskarı da olub. Qərb ölkələrinin bahalı kostyumlarının, dəbdəbəli avtomobillərinin, qədim və müasir silahların kolleksiyasını yığıb. Diktatorun sözlərinə görə, onun həyatda ən çox sevdiyi şey damağında Havana siqarı avtomobillə Bağdad küçələrindən yüksək sürətlə keçməsi olub.
Hüseyn həm də özü və yaxınları üçün gözəl və zəngin saraylar ucaltmağı da sevirdi. Onun 24 illik mütləq hakimiyyəti zamanı 80-dən çox iqamətgah tikilib. Bununla belə, ərəb KİV-ləri iddia edirlər ki, onların sayı iki dəfə çox ola bilər. Amerikalıların sonradan “dindarların sarayı” adlandırdığı Respublika sarayının altında “Xirosimadakı kimi baş verə biləcək nüvə hücumuna tab gətirə biləcək” bunker yerləşir.
Bu saray həmin saysız saraylardan biridir.
Odur ki gücə və vəzifəyə çox güvənmədən, xislətinizə sahib olaraq yaşayın. Rüşvət almaq və dövləti talamağın sonu budur. Oturduğunuz kreslonun haqqını gec-tez verməli olacaqsınız.