• Home
  • /
  • OLDUĞU KİMİ
  • /
  • İraqda etnik tərkibə nəzər yetirəndə açılan səhnə maraqlıdır.

İraqda etnik tərkibə nəzər yetirəndə açılan səhnə maraqlıdır.

İraqda etnik tərkibə nəzər yetirəndə açılan səhnə maraqlıdır. Fərqli əqidələrlə yanaşı fərqli xalqlar burada məskunlaşıb və bu əraziləri özlərinə ev hesab edir. Təbii əksəriyyət ərəblər olsa da , 2-ci ən böyük xalq kürdlər, daha sonra türkmən qardaşlarımız gəlir.
Türkdilli əhalinin bu regiona kütləvi axını 11-ci əsrdə Səlcuq ekspansiyası və 13-cü əsrdə Monqol istilası zamanı baş verib. Ağqoyunlu dövləti zamanında sayca daha da artıblar. Türkləşmənin başqa bir dalğası — bu dəfə şiə və qızılbaş olmaqla — Qaraqoyunlu hökmdarlarının, Şah İsmayıl Səfəvinin və Nadir şahın bu əraziyə türkdilli tayfaları yerləşdirmələri ilə baş verib. Nəhayət türkdilli əhalinin bu bölgəyə son axını 400 il sürmüş Osmanlı imperiyasının zamanında baş verib. Nəticədə bu gün bu ərazidə yaşayan əhali müxtəlif dialektlərdə danışır, müxtəlif dini inanclara malik olsalar da, eyni etnik adı daşıyır. Kərkükdə, Tuzxurmatuda olan türkmənlərin qonağı oldum.

Sərhəd qonşuları İran İslam Respublikası, Səddam Hüseyin rejimi, İŞİD və s. kimi terror qruplaşmaları da daxil bu xalq əsrlər boyu bu ərazilərdə adı çəkilənlər tərəfindən təziqlərə məruz qalıb. Türklərin başına gətirilən faciələr də filmdə yer alacaq.

#turkmenler #tarixifaktlar #maraqli