• Home
  • /
  • OLDUĞU KİMİ
  • /
  • İraqın ən təhlükəli bölgəsinin, ən təhlükəli nöqtəsindəyəm…

İraqın ən təhlükəli bölgəsinin, ən təhlükəli nöqtəsindəyəm…

Bura Əl-Fəlluca-dır. Hansı ki, «İŞİD» (qadağan olunmuş təşkilat) -dən geri alınması zamanı, 1 gün ərzində 5000-ə yaxın terrorçu məhv edilib.

Bu şəhərin küçələrində gəzdiyim zaman terror təşkilatnın yerləşdirdiyi hərbi bazalarını gördüm. Fotodakı ev qruplaşmanın yerləşdiyi məntəqələrdən biri idi. Vaxtı ilə bu evdə və ətraf ərazilərdə yaşayan ailələr, qruplaşmanın tərəfinə keçdiyi üçün bu şəhər daha tez təslim olmağa məcbur qalmışdı. Onu da deyim ki, təslim olmayan şiə əqidəsində olan müsəlmanlar isə qruplaşma tərəfindən amansızca qətlə yetirilib.
İŞİD bu evi tərk etdikdən sonra bura ilk ayaq basan mən oldum. Evə daxil olan zaman, Fallucanın xüsusi xidmət orqanları özləri belə içəri girmədən, məni oranı tərk etməyə çağırdılar. Qəti şəkildə hansısa əşyaya toxunmağıma belə icazə vermədilər. Çünki, evlərdə olan bütün əşyaların altında gizli bomba təhlükəsi var idi və bir neçə dəfə belə hall baş vermişdi artıq. Evdə olduğum zaman həyəcanlı, təhlükəli anlar yaşamaqla bərabər, bir faciənin xəyalı gözümün önündə canlandı… Bir ailəni qətlə yetirərək, evə daxil olmaq, oranı zəbt etmək sadəcə bir vəhşilikdir…
Oradan uzaqlaşan zaman, ərəblərdən biri mənə yaxınlaşıb, «bura siz daxil olmasaydınız, heç bir kişi bura addımını belə atmayacaqdı və o qruplaşmadan sonra evə birinci girən adam — özü də xanım sizsiniz»

Filmi izlədiyiniz zaman bu duyğuları sizin də yaşaya biləcəyinizdən əminəm.

#xeber#iraq#muharibe